EN

Baş katib: Ermənistan KTMT üzvü olaraq qalır

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müttəfiq olub və qalır,respublikanın tam iştirakı üçün qapı açıqdır.

"Yeni Sabah" TASS-a istinadla xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.

"Ermənistan müttəfiqimiz olub və olaraq qalır. Ümid edirik ki, Ermənistan yaxın gələcəkdə KTMT-də tam iştiraka qayıdacaq. Bunun üçün bütün şərait və ilkin şərtlər mövcuddur. İnanırıq ki, Ermənistan xalqı Avrasiyada ümumi təhlükəsizlik məkanının yaradılmasında maraqlıdır. Üstəlik, noyabrda Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb ki, respublikanın KTMT-dən çıxması ilə bağlı suala cavab verilmir". 

"Məlum olduğu kimi, Ermənistan Respublikası təşkilatdakı işinə fasilə verib ki, bu da Ermənistanın siyasi rəhbərliyinin KTMT ilə bağlı hazırkı mövqeyini əks etdirir. Bu, müstəqil və suveren dövlətin qərarıdır ki, ona heç bir başqa dövlət və ya təşkilat təsir edə bilməz", - KTMT-nin baş katibi bildirib.


Telegram kanalımız
Chosen
33
7
yenisabah.az

10Sources