EN

Göyçay sakini Rusiya müharibəsində itkin düşdü FOTO

Adelet.az saytına istinadən ain.az xəbər verir.

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı itkin düşüb. 

Göyçay rayon Alikənd kənd sakini Aygün Rahib qızı Məmmədova atası 1970-ci il təvəllüdlü Məmmədov Rahib Neyman oğlunun Rusiya ordusunun tərkibində döyüşdüyünü və itkin düşdüyünü bildirib. 

O, atası ilə 2025-ci il martın 8-də telefonla danışdığını və həmin vaxt onun hərbi hissədə olduğunu deyib. Daha sonra isə ondan xəbər ala bilmədiklərini bildirib. Qızının dediyinə görə, atası Moskva şəhərində işləyirmiş, fevral ayının sonlarında maddi imkanı olmadığı üçün müharibəyə getməyə qərar verib. Ailəsi təkid etsə də   onun qarşısını almaq mümkün olmayıb. Sonuncu dəfə Rahib Məmmədovun Donetks şəhərində olduğu bildirilir. 

Ailəsi Rahib Məmmədovun itkin düşməsi ilə bağlı Rusiyanın Bakıdakı səfirliyinə müraciət edib. Amma təəssüf ki, ondan bir xəbər ala bilməyiblər. 

Qeyd edək ki, Rahib Məmmədov ailəlidir, 3 övladı var.

Vasif

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
85
1
adalet.az

2Sources