EN

Analıq və atalıq məzuniyyətində yeni dəyişikliklər: kimlər yararlana bilər?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov açıqlamasında bildirdi ki, Əmək Məcəlləsinə yeni dəyişikliklər analıq və atalıq məzuniyyətini genişləndirməyi nəzərdə tutur.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, təklif olunan əlavələr 14 yaşına çatmamış uşağı olan qadınlara, əlilliyi olan uşaqları olan ailələrə və xüsusi qayğı tələb edən hallara şamil olunacaq:

"Əmək Məcəlləsinə yeni dəyişikliklər gəlir. Bundan beynəlxalq təşkilatların uyğun konvensiyaları mövcuddur. Orada tövsiyə olunur ki, iştirakçı dövlətlər işçilərin ailə qayğıları və öhdəliklərini nəzərə alaraq müəyyən güzəştlər təmin etsinlər. Yeni layihədə nəzərdə tutulub ki, məsələn, işçi ezamiyyətə gedirsə, amma evində əlilliyi olan bir şəxs varsa, ona baxmaq üçün vaxt ayrılmalıdır, xəstəxanaya aparmaq və ya digər ehtiyaclarını qarşılamaq imkanı təmin olunmalıdır. İşəgötürənlər həftəlik planlaşdırmada bu halları nəzərə almalı, işçinin ailə öhdəliklərini nəzərə alaraq iş bölgüsünü təşkil etməlidirlər. Gecə növbəsi kimi işlərdə də ailə öhdəliyi olan işçilərə güzəşt edilməlidir. Əlilliyi olan uşağı olan qadınlara əlavə imtiyazlar verilir. 14 yaşına çatmamış iki övladı olan qadınlar və əlilliyi olan uşağı olan qadınlar əlavə məzuniyyət hüququna malikdir. Bizim Məcəllə post-sosialist dövrünün əmək məcəlləsi olaraq qəbul edilib. Son 20-26 il ərzində 400-dən çox dəyişiklik edilmişdir; onların çoxu texniki, bəziləri isə prinsipial dəyişikliklərdir."

 

 

Pərvanə Fərhadqızı

Chosen
118
qht.az

1Sources