Bakı. Trend:
ABB bank əməliyyatlarının təhlükəsizliyini PCI DSS 4.0.1(Payment Card Industry Data Security Standard) sertifikatı ilənövbəti dəfə təsdiqlədi! Bu, ABB-nin rəqəmsal sistemlərinin,infrastrukturunun və proseslərinin ən son təhlükəsizlikstandartlarına uyğunluğunu yenidən təsdiqləmiş olur.
PCI DSS 4.0.1 beynəlxalq sertifikasiyası Bankda müştərilərinödəniş kartı məlumatlarının ən etibarlı şəkildə qorunduğunu, buradatətbiq olunan təhlükəsizlik standartlarının Visa, Mastercard,American Express kimi qlobal ödəniş sistemlərinin tələblərinə tamuyğunluğunu göstərir.
Qeyd edək ki, ABB-nin mobil bank tətbiqi olan ABB mobile daBeynəlxalq Standartlaşdırma Təşkilatının (InternationalOrganization for Standardization - ISO) ISO/IEC 27001:2022sertifikatına malikdir.
Bütün bunlar Bankın müştərilər qarşısındakı məsuliyyətinin vəinnovativ yanaşmasının göstəricisidir. Maliyyə xidmətlərininetibarlılığı, təhlükəsizliyi ABB üçün ən mühümprinsiplərdəndir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəməlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən,həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldəetmək olar.