EN

Kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin tikintisi üçün icazə tələb olunacaq

Bakı. Trend:

Tikintisinə icazə tələb olunmayan tikinti obyektlərininsiyahısında dəyişiklik ediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisinin bugünkü plenariclasında müzakirə olunan Şəhərsalma və Tikinti Məcəlləsindədəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, mülkiyyətdə, icarədə və yaistifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin,kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqfəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələbolunmur.

Qanun layihəsində kənd təsərrüfatı fəaliyyətiilə bağlı obyektlərin tikintisinin sözügedən siyahıdan çıxarılmasıtəklif edilir.

Həmçinin, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaqsahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələbolunmayacaq:

  • xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların (kəndtəsərrüfatı təyinatlı torpaqlarda tikilənlər istisnaolmaqla);
  • tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin(kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilənlər istisnaolmaqla);
  • hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetrolan istixanaların (kənd təsərrüfatı təyinatlı torpaqlardatikilənlər istisna olmaqla).

Qanun layihəsi səsverməyə qoyularaq biroxunuşda qəbul edilib.

Chosen
111
8
az.trend.az

10Sources