EN

Qeysəriyyə doğuş əməliyyatlarının sayı azalıb

Bu il 53 359 doğuş həyata keçirilib. Bunlardan 26 089-u qeysəriyyə əməliyyatlarıdır. Normal doğuş əmsalı 51 faiz, qeysəriyyə doğuşu isə 49 faiz təşkil edib.Metbuat.az-ın məlumatına görə, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “2025-ci ilin yekunları və gələcək planlar”a dair keçirilən brifinqdə söyləyib. Onun sözlərinə görə, ümumi doğuş sayında 9 faiz azalma, qeysəriyyə əməliyyatlarında isə 8 faiz azalma olub.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
67
metbuat.az

1Sources