EN

Binaların enerji effektivliyi üzrə pasportlaşdırılma qaydasını pozanlar cərimələnəcək

Bakı. Trend:

Binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasına dairöhdəlikləri yerinə yetirməyənlər cərimələnəcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsihaqqında qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, "Enerji resurslarından səmərəli istifadə vəenerji effektivliyi haqqında" Qanuna uyğun olaraq binaların enerjieffektivliyi üzrə pasportlaşdırılmasına dair öhdəliklərin yerinəyetirilməməsinə görə fiziki şəxslər 200 manatdan400 manatadək məbləğdə, vəzifəli şəxslər1000 manatdan 1 500 manatadəkməbləğdə, hüquqi şəxslər 2 500 manatdan 3min manatadək məbləğdə cərimə ediləcək.

Qanun layihəsi səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Chosen
91
1
az.trend.az

2Sources