EN

Beyləqanda 4 yaşlı uşaq kanalizasiya quyusuna düşərək ölüb

BEYLƏQAN, 19 dekabr. TELEQRAF

Beyləqanda 4 yaşlı uşaq kanalizasiya quyusuna düşərək ölüb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Tatalılar kəndində baş verib.

Kənd sakini 2021-ci il təvəllüdlü İmanzadə Uğur Elmidar oğlu həyətlərində olan kanalizasiya quyusuna düşüb. Ailə üzvləri hadisədən gec xəbərləri olduğundan U.İmanzadə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma başlanıb.

Chosen
127
3
teleqraf.com

7Sources