BEYLƏQAN, 19 dekabr. TELEQRAF
Beyləqanda 4 yaşlı uşaq kanalizasiya quyusuna düşərək ölüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Tatalılar kəndində baş verib.
Kənd sakini 2021-ci il təvəllüdlü İmanzadə Uğur Elmidar oğlu həyətlərində olan kanalizasiya quyusuna düşüb. Ailə üzvləri hadisədən gec xəbərləri olduğundan U.İmanzadə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma başlanıb.