Beyləqan.Trend:
Beyləqanda 4 yaşlı uşaq kanalizasiya quyusuna düşərək ölüb.
Trend-inQarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Tatalılar kəndindəbaş verib.
Belə ki, kənd sakini 2021-ci il təvəllüdlü İmanzadə Uğur Elmidaroğlu həyətlərində olan kanalizasiya quyusuna düşüb. Ailə üzvlərihadisədən gec xəbərləri olduğundan U.İmanzadə hadisə yerindəölüb.
Faktla bağlı araşdırma başlanıb.