EN

Təcili yardımın vətəndaşın zəngi əsasında dərhal ünvana gəlməsi yalnış düşüncədir

ain.az, Modern.az saytına istinadən bildirir.

“Təcili tibbi yardımın bütün çağırışlara dərhal ünvana gəlməsi ilə bağlı yanaşma düzgün deyil”.

Modern.az xəbər verir ki, bunu TƏBİB-in sədri Vüqar Bayramov təcili tibbi yardımın çağırışlara cavab mexanizmini izah edərkən bildirib.

Onun sözlərinə görə, müraciət daxil olduqdan sonra ilkin tibbi sorğu aparılır və çağırışlar vətəndaşların vəziyyətinin ağırlıq dərəcəsinə uyğun olaraq prioritet əsasında ardıcıllığa salınır. Müraciətlərin sayının çoxluğu bu prosesdə əsas amillərdən biridir.

Vüqar Bayramov qeyd edib ki, kritik və həyati təhlükə yaradan hallarda təcili tibbi yardım briqadaları vaxtında hadisə yerinə çatır və bu istiqamətdə hazırda ciddi şikayətlər qeydə alınmır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
111
3
modern.az

4Sources