Beyləqanda 2 yaşlı uşaq kanalizasiya quyusuna düşərək ölüb.
Paralel.az xəbər verir ki , hadisə rayonun Tatalılar kəndində baş verib.
Kənd sakini 2023-cü il təvəllüdlü İmanzadə Uğur Elmidar oğlu həyətlərində olan kanalizasiya quyusuna düşərək ölüb.
Faktla bağlı araşdırma başlanıb.