"Aİ sammitindən sonra Rusiyaya qarşı bütün sanksiyalar altı ay, yəni 31 iyul 2026-cı ilə qədər uzadılıb".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Avropa Şurasının prezidenti Antonio Kosta deyib.
"Biz Rusiyaya qarşı sanksiyaların müddətini uzatmaq qərarına gəldik", - o bildirib.
Rusiyaya qarşı əvvəllər qəbul edilmiş 19 sanksiya paketinin hamısı eyni vaxtda hər altı aydan bir, hər il 31 yanvar və 31 iyul tarixinə qədər uzadılır.