EN

Paşinyan Qaregini “dişinə vurdu”

“Hökumətyönlü sistemə yaxın mənbə bildirir ki, dünən Eçmiədzin Ana Taxtına qarşı keçirilən kampaniya yalnız ilkin cəhd idi. 

Yəni rəsmilər bu üsulun nə dərəcədə yaxşı işlədiyini öyrənmək istəyirdilər”. 

“Cebheinfo.az”-ın məlumatına görə, “İravunk” qəzeti belə yazıb. 

“Onlar Eçmiədzinə nə qədər adam göndərə bilərlər, katolikosu qorumaq üçün nə qədər adam toplayacaqlar, katolikosun hansı imkanları var və s. Onlar başa düşürlər ki, əgər Paşinyan belə bir aksiyaya qatılmaq qərarına gələrsə, o halda bu, mütləq onların qələbəsi ilə başa çatmalıdır”,-deyə məqalədə bildirilir. 

“Təcrübə olaraq, onlar artıq tamamilə pozulmuş keçmiş keşişləri qabağa verdilər. Hərçənd ki, hamı əslində kütlələri toplamaq çağırışının arxasında onların yox, Paşinyanın dayandığını artıq başa düşürdü. Müsahibimiz onu da qeyd etdi ki, dünənki əməliyyat Paşinyanda heç də nikbinlik yaratmayıb. Bu, o deməkdir ki, əsas hücum zamanı uğursuzluq və ya çoxlu səs-küy ehtimalı çox yüksəkdir”-deyə qəzet yazır. 

Digər tərəfdən, vəziyyət getdikcə gərginləşir. Yeni il başlayan kimi seçkiqabağı dövr başlayacaq və bu müddət ərzində bu cür hərəkətlər daha təhlükəli olacaq. “Bir səhv seçkilərə ciddi təsir göstərə bilər və vəziyyəti düzəltmək üçün vaxt qalmayacaq”,-deyə mənbə bildirib. 

“Mənbəyə görə, əgər onlar yanvarın ortalarına qədər katolikosun istefasına nail olmasalar, bu ideyadan tamamilə imtina edə bilərlər”, - deyə nəşr qeyd edir. 

Chosen
45
1
cebheinfo.az

2Sources