Milli MÉ™clisin deputatı Fariz İsmayılzadÉ™ “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkiÅŸafının É™sasıdır” mövzusunda keçirilÉ™n ictimai dinlÉ™mÉ™dÉ™ aqrar sahÉ™dÉ™ kadr çatışmazlığı problemini önÉ™ çəkib.
İsmayılzadə bildirib ki, aqrar şirkətlərlə aparılan müzakirələrdə əsas problemlərdən biri ixtisaslı kadr qıtlığıdır və bəzi hallarda xaricdən mütəxəssis cəlb edilməsinə ehtiyac yaranır. Onun sözlərinə görə, aqrar sahənin ümumi prestiji artırılmalı, mövcud köhnə baxışlar aradan qaldırılmalıdır.
Deputat həmçinin qeyd edib ki, tətbiqi elmi tədqiqatların sayı azdır və bu istiqamətdə işlər genişləndirilməlidir. O, xarici universitetlərlə birgə elmi araşdırmaların aparılmasının aqrar sektorun inkişafına töhfə verə biləcəyini vurğulayıb.
Gülnar Nazimqızı