EN

Lətafətlə keçmiş əri arasında QALMAQAL: “3 cü xanımından da boşanıb...” VİDEO

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aparıcı Lətafət Ələkbərova ilə keçmiş həyat yoldaşı Nicat Cəfərzadə arasında qalmaqal yaşanıb.Bizim.Media xəbər verir ki, Nicat “Öz aramızda” verilişində Lətafətlə  evliliyindən olan qızını 13 il görmədiyini bildirib.O buna boşandıqdan sonra Lətafətin açıqlamalarının səbəb olduğunu deyib:“Qalmaqalla ayrılmışıq, bu barədə heç danışmamışıq. Mən ona dedim ki, boşanma ərizəsini sən yaz. Fikirləşdim ki, mən məhkəməyə getsəm, pis başa düşərlər. Müəyyən müddət getmədi, sonra gördü ki, çıxış yolu yoxdur, getdi. Biz artıq ayrılmağa qərar vermişdik, ayrı yaşayırdıq, boşandıq. Mən daha sonra ailə qurdum.

 

O da prinsipə düşdü ki, övladımı görmədim. Qızımı son bir neçə ildir görürəm. Qızımın indi 18 yaşı var, bir neçə ildir görüşürük. Hər şey yaxşıdır. Mən də görüşməyə cəhd etmədim, çünki xoşagəlməz söz-söhbətlər oldu, efirə çıxıb danışırdı. Mən heç vaxt danışmırdım, zamanın axarına buraxmışdım. İndi hər şey yaxşıdır, normaldır.

Uşaqla görüşürük, münasibətimiz, ünsiyyətimiz var. Böyük uşaqdır, hər şeyi başa düşür. Bizim aramızda nə olubsa, ona aidiyyəti yoxdur. Mən övladımı çox istəyirəm, o da məni.  Lətafət icazə verib, onu böyüdən, baxan, təhsil verən o olub. Məndən aliment istəməyib. Anası onun üçün məndən 5 addım öndədir. Belə də olmalıdır. Lətafətlə ünsiyyətimiz yoxdur. Digər evliliyimdən olan övladlarımla qızım görüşməyib. Çünki hələ balacadırlar, dərk etmirlər. Zaman göstərəcək. Mən əleyhinə deyiləm, amma qadınlar başqa cür yanaşırlar”. Lətafət isə Nicatın açıqlamalarına cavab kimi  “Show news” səhifəsində şərh yazıb:“Mən heç vaxt uşağıma “atan pisdir” deyib böyütməmişəm. Mənim övladımın qəlbində heç kimə qarşı nifrət yoxdur. Çünki mən onu başqa cür tərbiyə etmişəm. 3-cü xanımdan da boşanıb. 3 xanım da özü boşanıb”.Sara, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
5
bizim.media

10Sources