EN

“Avropaya qayıtmaq arzum hamıya məlumdur” – Filipe Luis

“Flamenqo”nun baş məşqçisi Filipe Luis karyerasını Avropada davam etdirmək istədiyini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, 40 yaşlı braziliyalının klubla müqaviləsi 2025-ci ilin sonunda başa çatacaq. Mütəxəssis UOL-a açıqlamasında deyib:

“Müqaviləmin müddəti bitir və uzadılması ilə bağlı danışıqlar aparırıq. Bir gün Avropaya qayıtmaq arzum hamıya məlumdur, buna çox hazırlaşmışam. Sabahdan etibarən gələcək barədə qərar verməyə başlayacağıq”.

Filipe Luis 2024-cü ilin sentyabrından “Flamenqo”nun əsas komandasını çalışdırır. Onun rəhbərliyi altında komanda 88 oyuna çıxıb və 57 qələbə, 21 heç-heçə, 10 məğlubiyyət əldə edib.

Qeyd edək ki, Luis futbolçu karyerasında “Atletiko”, “Çelsi”, “Deportivo” və “Ayaks” kimi klubların formasını geyinib.

Chosen
85
idmanxeber.az

1Sources