EN

11 yaşlı uşaq qrosmeysteri MƏĞLUB ETDİ: Dina Belenkayanın təəccübü BAHA BAŞA GƏLDİ – VİDEO

11 yaşlı uşaq qrosmeysteri məğlub edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Boyu çatmadığı üçün yastıq üstündə oturan Aleksandr Yasinski məşhur şahmatçıya qalib gəlib.

Məlumata görə, qrosmeyster Dina Belenkaya 11 yaşlı rəqibi Aleksandr Yasinski ilə qarşılaşması zamanı maraqlı anlar yaşayıb.

Belenkaya oyun öncəsi rəqibinin yaşına və boyuna kinayəli təbəssümlə reaksiya verib. Balaca şahmatçı boyu çatmadığı üçün stulun üzərinə yastıq qoyaraq əyləşmək məcburiyyətində qalıb.

Lakin xarici görünüş aldadıcı olub. Aleksandrın artıq milli usta titulu olduğu üzə çıxıb.

Oyunun nəticəsi hər kəsi təəccübləndirib: 11 yaşlı uşaq təcrübəli qrosmeysteri məğlub edib.

Sosial şəbəkə istifadəçiləri Belenkayanın oyundan əvvəlki reaksiyasını xatırladaraq, bu durumu “oyun başlamadan mat qalmaq” kimi şərh ediblər.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
29
interpress.az

1Sources