EN

Tanınmış meyxanaçılar Kərimin vəfatından DANIŞDILAR

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Meyxanaçı Ağakərim kimi tanınan Kərim Novruzovun vəfat etdiyi haqda məlumatlar yayılıb.

Baş verən hadisə ilə bağlı KONKRET.az tanınmış meyxanaçı, Kərimin yaxın dostu Ağamirzə ilə əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında meyxanaçı Kərimin təxminən bir saat əvvəl dünyasını dəyişdiyini bildirib:

“Sabah Məştağa qəbiristanlığında dəfn olunacaq. Heç nə danışa bilmirdi. Gözünü qapadı, canını tapşırdı və dünyadan köçdü. Sənət dostlarından hələ heç kim gəlməyib”, – meyxanaçı vurğulayıb.

Tanınmış meyxanaçı Baləli də saytımıza açıqlamasında çox qısa danışıb:

“Bəli, dünyasını dəyişib. Allah yaxınlarına səbr versin. Allah rəhmət eləsin”.

Meyxanaçı Ələkbərli Cahangeşt isə xəbəri mediadan eşidib:

“Mənə də indi zəng etdilər. Meyxanaçılardan heç kim deməyib. Xəbər dəqiq olsa, özüm də ora yollanacam”, meyxanaçı bildirib.

Qeyd edək ki, Kərim Novruzov uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi. Xatırladaq ki, Kərim Novruzov 1964-cü ildə Bakının Maştağa kəndində anadan olub. O, 1993-cü ildə böyük meyxana ustadı Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalında ən yüksək mükafat – qızıl medala layiq görülüb.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
53
1
konkret.az

2Sources