BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Azərbaycanla Oman arasında diplomatik, xüsusi və xidməti pasport sahibləri vizadan qarşılıqlı azad ediləcək.
TurkicWorld-un məlumatına görə, bu məsələ Milli Məclisin növbəti plenar iclasının gündəliyinə daxil edilib.
Belə ki, plenar iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirə ediləcək.