EN

Meyxanaçı Kərimin dəfn ediləcəyi yer məlum olub

Meyxanaçı Kərim Novruzov sabah Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn ediləcək.

Bu barədə APA-ya mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, Kərim Novruzovla vida mərasimi saat 11:00-da yaşadığı evdə keçiriləcək.

Qeyd edək ki, o bu gün uzun sürən xəstəlikdən sonra yaşadığı mənzildə vəfat edib.

Chosen
54
15
apa.az

10Sources