EN

Dövlət Dəniz və Liman Agentliyində “Açıq qapı” günü keçirilib

Bakı. Trend:

Dövlət Dəniz və Liman Agentliyində dənizçilər üçün təşkil olunan“Açıq qapı” günündə qurumun rəhbər heyəti iştirak edib. TədbirdəAgentliyin son illərdə həyata keçirdiyi və növbəti il ərzindəplanlaşdırdığı islahatlar və yeniliklər barədə iştirakçılaraətraflı məlumat verilib.

Ünvanlanan suallara cavab olaraq qeyd edilib ki, dənizçilərəsertifikatların (diplomların), həmçinin xüsusi hazırlıqşəhadətnamələrinin verilməsi və yenilənməsi ilə bağlı Agentlikdəkeçirilən imtahan sualları Beynəlxalq Dəniz Təşkilatının müvafiqmodel kurslarının tövsiyələri nəzərə alınmaqla vəzifələr,səviyyələr və funksiyalar üzrə peşəkar mütəxəssislər tərəfindənhazırlanıb. Suallar Agentliyin müvafiq Əmri ilə yaradılmışKomissiya tərəfindən yoxlanılaraq imtahan proqramına daxiledilir.

Eyni zamanda yaxın gələcəkdə dənizçilik təhsil müəssisəsindədənizçilik ixtisasları üzrə proqramlara yenidən baxılacaq.Beynəlxalq və milli qanunvericiliyin tələbləri nəzərə alınmaqlaixtisas fənlərinə ayrılan tədris saatlarının miqdarıartırılacaq.

Həmçinin bildirilib ki, dənizçilərin məmnunluğunun daha daartırılması üçün növbəti ildə də bir sıra yeniliklər həyatakeçiriləcək. Belə ki, dənizçinin şəxsi kabinetinin yaradılması,bəzi xüsusi hazırlıq proqramları əsasında onlayn təlimlərintəşkili, dənizçilərə verilən sertifikatların (diplomların), xüsusihazırlıq şəhadətnamələrinin elektron formada şəxsi kabinetdəyerləşdirilməsi kimi tədbirlər nəzərdə tutulur.

Qeyd olunub ki, müvafiq sahəni tənzimləyən qanunvericiliyintələbləri nəzərə alınmaqla dənizçilərin təhsili, təlimi vəsertifikatlaşdırılması ilə bağlı islahatların mərhələli şəkildəicrası yaxın gələcəkdə öz müsbət nəticələrini verəcək.

Chosen
70
5
az.trend.az

10Sources