EN

Şəfa nın seriyasını qıran tapılmır

ain.az, Fanat portalına istinadən məlumat yayır.

1-ci Liqanın 11-ci turunda Şamaxıda "Cəbrayıl"ı məğlubiyyətə uğradan (1:0) "Şəfa" mübarizə apardığı çempionatlarda yenilməz olaraq qalır.

Fanat.Az-ın hesablamalarına görə, Bakı təmsilçisi 33 yaşlı baş məşqçisi Elgiz Kərəmlinin rəhbərliyi altında çıxdığı 24 görüşdə yenilgi tanımayıb.

Bu matçlardan 13-ü 2-ci, 11-i 1-ci Liqaya təsadüf edib.

Xatırladaq ki, hazırda 27 xalı olan "Şəfa" 1-ci Liqanın turnir cədvəlində şəriksiz lider mövqeyindədir. Bakılılar Bizon Azərbaycan Kubokunun 1/8 finalında səfərdə "Qəbələ"yə uduzaraq (1:2) mübarizəni dayandırıblar.

Nihat 

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
2
fanat.az

3Sources