"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev bud-çanaq oynağından əməliyyat olunub.
Apasport.az xəbər verir ki, qolkiper 4–6 ay müddətinə yaşıl meydanlardan kənarda qalacaq.
Joni Montiel arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur. Onun yaşıl meydanlara qayıdışı 7–10 gün ərzində gözlənilir.
Kadi Borges isə bərpa prosesinin növbəti mərhələsi olaraq yanvar ayında fərdi məşqlərə başlayacaq.
Hər üç futbolçunun müalicə prosesi klubumuzun tibbi heyətinin nəzarəti altında davam edir.
"Kəpəz" – "Turan Tovuz"a qarşı - YENİLƏNİR
Hakimləri təhqir edən klub rəsmiləri cəzalandırılıb
"Sheki City" klubu texniki məğlubiyyətlə cəzalandırılıb
AFFA "Sabah" - "Qarabağ" matçı ilə bağlı cəzaları açıqlayıb
“Kəpəz” – “Turan Tovuz”: Heyətlər