EN

Putin: “Seçkilər dövründə Ukrayna ərazisinin dərinliklərinə zərbələri dayandırmağa hazırıq” - VİDEO

“Ukraynada hakimiyyət legitim olmalıdır. Biz seçkilər dövründə Ukrayna ərazisinin dərinliklərinə zərbələri dayandırmağa hazırıq”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidenti Vladimir Putin bildirib.

O qeyd edib ki, əgər Ukrayna seçkilərdən Rusiya ordusunun irəliləyişini dayandırmaq üçün istifadə etmək istəyirsə, bu, yanlış seçimdir: “Rusiya Federasiyası Ukraynada keçiriləcək seçkilər zamanı təhlükəsizliyin təmin olunması barədə düşünməyə hazırdır. Həmçinin hökumət Rusiya ərazisində yaşayan ukraynalıların ölkə ərazisində səs verə bilməsi tələbini irəli sürəcək”.


Bizim.Media

Chosen
58
3
bizim.media

10Sources