EN

Rusiyaya qarşı kiber müharibə NATO üçün həm onlayn sınaq poliqonu, həm də texnoloji təzyiq alətidir

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

NATO Hərbi Komitəsinin rəhbəri admiral Cüzeppe Kavo Dragone Financial Times qəzetinə verdiyi açıqlamada NATO-nun hibrid hücumlara cavab olaraq Rusiyaya qarşı "qabaqlayıcı zərbə" endirməyi nəzərdən keçirdiyini bildirib. Dragon deyib: "Biz reaksiya verməkdənsə, daha aqressiv və qabaqlayıcı hərəkət etməyi düşünürük". FT-nin məlumatına görə, bəzi diplomatlar, xüsusən də Şərqi Avropa ölkələrindən olan diplomatlar alyansı sadəcə reaksiya verməyi dayandırmağa və əvəzində cavab zərbəsi endirməyə çağırırlar.NATO kiber müharibə modelinə istiqamətlənib Üçüncü Dünya müharibəsini ertələməyə çalışır?

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, NATO-nun kiber məkanda “qabaqlayıcı zərbələr” barədə açıq danışması alyansın müharibə anlayışını köklü şəkildə dəyişdiyini göstərir: “Bu artıq klassik tank–ordu qarşıdurmasından çox, şəbəkələr və informasiya üzərindən aparılan savaş mərhələsidir. Alyans çalışır ki, münaqişəni fiziki döyüş fazasına çatdırmadan düşmənin hərəkət imkanlarını öncədən iflic etsin. Bu yanaşma bir tərəfdən Üçüncü Dünya müharibəsi riskini ertələmək cəhdi kimi görünür. Digər tərəfdən bu anlayış böyük hərbi toqquşmaya gedən yolda vaxt qazanmaq strategiyasıdır”.

Tural İsmayılov

Politoloq hesab edir ki, kiber müharibə NATO üçün həm sınaq poliqonu, həm də təzyiq alətidir. Tural İsmayılovun fikrincə, hüquqi çətinliklərin qabardılması onu göstərir ki, alyans siyasi məsuliyyəti də öz üzərindən atmamağa çalışır: “Qabaqlayıcı kiber zərbələr “müdafiə” adı altında legitimləşdirilməyə cəhd olunur. Bu da beynəlxalq hüquqda yeni və təhlükəli presedent yaradır. Rusiya ilə qarşıdurma indi artıq təkcə Ukrayna cəbhəsində yox, görünməyən rəqəmsal cəbhədə də gedir. NATO açıq hərbi eskalasiyadan ehtiyat edir, çünki bunun nəticələri nəzarətdən çıxa bilər. Ona görə də risk daha “idarəolunan” kiber sahəyə yönləndirilir. Ancaq bu da zəncirvari cavab zərbələrinə səbəb ola bilər. Reallıq budur ki, alyans müharibəni təxirə salmır, onu başqa formaya salır. Böyük toqquşmaya hazırlıq da paralel şəkildə səssiz, amma sürətlə davam edir”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
134
bizimyol.info

1Sources