“Fənərbağça”nın prezidenti Sadettin Saran Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aparılan istintaq çərçivəsində ifadə verməyə çağırılıb.
İdmanxeber.az xəbər verir ki, klub rəhbəri şübhəli şəxs qismində dindiriləcək. Hazırda ölkə xaricində olan Saranın Türkiyəyə qayıtdıqdan sonra polis müşayiəti ilə İstanbul Ədalət Sarayına aparılması gözlənilir.
İstintaq çərçivəsində onun evində də axtarış aparıldığı bildirilir.