EN

"13 il qızımı görməyə qoymadı" - Lətafətin keçmiş əri - FOTO

Aparıcı Lətafət Ələkbərovanın keçmiş həyat yoldaşı, müğənni Nicat Cəfərzadə onunla bağlı açıqlama verib.

Milli.Az xəbər verir ki, Nicat Cəfərzadə "Öz aramızda" verilişində qonaq olarkən keçmiş həyat yoldaşından şikayətlənib.

O, bildirib ki, ayrılıq qalmaqallı şəkildə baş verib və uzun illər övladını görməsinə mane olunub:

"Onunla ayrılıq qalmaqalı şəkildə olub. Bu haqda heç vaxt danışmamışam. Uşağımı illərdi görmürdüm. İndi 18 yaşı var. 16 yaşında qızım özü görüşməyə başladı. Lətafət 13 il qızımla məni görüşməyə qoymadı. Buraxdım zamanın axarına. Ayrılandan bir neçə il sonra ailə həyatı qurdum.Uşaqla görüşürük, münasibətimiz, ünsiyyətimiz var. Böyük uşaqdır, hər şeyi başa düşür. Bizim aramızda nə olubsa, ona aidiyyəti yoxdur. Mən övladımı çox istəyirəm, o da məni.  Lətafət icazə verib, onu böyüdən, baxan, təhsil verən o olub. Məndən aliment istəməyib. Anası onun üçün məndən 5 addım öndədir. Belə də olmalıdır. Lətafətlə ünsiyyətimiz yoxdur. Digər evliliyimdən olan övladlarımla qızım görüşməyib. Çünki hələ balacadırlar, dərk etmirlər. Zaman göstərəcək. Mən əleyhinə deyiləm, amma qadınlar başqa cür yanaşırlar".  

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
14
1
milli.az

10Sources