EN

FHN-in Aran Regional Mərkəzi silsilə müşavirələr keçirib - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Yevlax, Mingəçevir, Naftalan Şəhər və Göyçay, Zərdab, Goranboy, Ağdaş, Ucar, Kürdəmir Rayon İcra hakimiyyətlərində “2025-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib.

QHT.az xəbər verir ki, tədbirlərdə FHN-in Aran Regional Mərkəzinin, adı çəkilən icra hakimiyyətlərinin, eyni zamanda yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələri, aidiyyəti dövlət təşkilatlarının məsul şəxsləri iştirak ediblər.

Müşavirələrin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi olub.

Tədbirlərdə çıxış edənlər keçirilən müşavirənin əhəmiyyətindən bəhs edib, mülki müdafiə işinin təşkili ilə bağlı birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Müşavirələrdə Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən ərazidə yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqlərin nəticələri haqqında məlumat verilib. Həmçinin, qeyd olunub ki, cari ilin təqvim planına uyğun olaraq idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

Müşavirələrdə qarşıdan duran vəzifələr müzakirə olunub, suallar cavablandırılıb.

Chosen
45
3
qht.az

10Sources