EN

“Lanying R6000” SINAQDAN KEÇDİ: Çin yeni hava nəqliyyatını TƏQDİM ETDİ – FOTO

Çin dünyanın ən böyük pilotsuz konvertoplanını yaradıb.

İnterpress.az xəbər verir ki, bu barədə “China Science” məlumat yayıb. 6 tonluq nəhəng aparat 12 sərnişin daşıya və 4000 km məsafə qət edə bilir.

Məlumata görə, Çində dünyanın ən böyük pilotsuz konvertoplanı olan “Lanying R6000” hazırlanıb və o, artıq ilk uğurlu uçuşunu həyata keçirib.

Nəşr bildirir ki, aparatın ümumi çəkisi 6 tondur. “Lanying R6000” saatda 550 km sürətlə hərəkət edərək, 6-dan 12-dək sərnişini 4000 kilometrə qədər məsafəyə daşımaq imkanına malikdir.

Pilotsuz uçuş aparatının maksimal faydalı yük götürmə qabiliyyəti 2 ton təşkil edir, uçuş hündürlüyü isə 7600 metrə qədər çata bilir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
142
interpress.az

1Sources