EN

Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası olub

18-19 dekabr 2025-ci il tarixlÉ™rindÉ™ CenevrÉ™dÉ™ XÉ™zÉ™ryanı dövlÉ™tlÉ™rin É™traf mühit nazirlÉ™rinin qÉ™rarı ilÉ™ “XÉ™zÉ™r dÉ™nizinin dÉ™niz É™traf mühitinin mühafizÉ™si haqqında” ÇərçivÉ™ Konvensiyasının Katibliyinin təşkili üzrÉ™ sÉ™nÉ™d layihÉ™lÉ™rinin hazırlanması mÉ™qsÉ™dilÉ™ yaradılmış Xüsusi qrupun ikinci iclası keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Konvensiyanın müvəqqəti Katibliyi kimi fəaliyyət göstərən BMT-nin ətraf Mühit Proqramının Avropa Regional Ofisi tərəfindən təşkil olunan görüşdə Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistanın nümayəndə heyətləri iştirak ediblər.

Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov rəhbərlik edib.

Azərbaycan tərəfinin sədrliyi ilə keçirilən iclasda Konvensiyanın Katibliyinin təşkili üzrə konseptual əsasların müzakirəsi davam etdirilib.

Tərəflər Katibliyin Xəzər dənizi regionunda yerləşdirilməsinin institusional mexanizmlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüş çərçivəsində, Konvensiyanın müvəqqəti Katibliyi Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə bağlı Fəaliyyət Planı layihəsinin müzakirələrinin gedişatı barədə tərəflərə məlumat verib.

Chosen
43
21
moderator.az

10Sources