ABŞ-nin Müharibə Nazirliyi ardıcıl səkkizinci dəfə auditdən keçə bilməyib.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Müharibə naziri Pit Heqsetin sözlərinə görə, Pentaqon onilliklərdir davam edən münaqişələr, hərbi-sənaye bazasına laqeyd yanaşma və nəzarətsiz xərclər səbəbindən artan milli borcla bağlı problemləri həll edə bilmir.
Qeyd edək ki, 2018-ci ildə ABŞ Konqresi bütün dövlət qurumları üçün auditlər aparmasını tələb edib. Pentaqondakı yoxlamalar məhz həmin ildən başlanıb.\Oxu.az