EN

“Azeri Light” bahalaşmağa davam edir

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,38 ABŞ dollar və ya 0,59 % artaraq 64,25 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən gün neftimiz 63,87 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
25
21
qafqazinfo.az

10Sources