EN

Suriyada əməliyyat: ABŞ ikinci dalğa zərbələrini endirdi

Axar.az saytına istinadən ain.az xəbər verir.

ABŞ Hərbi Hava Qüvvələri son bir neçə saat ərzində Suriyanın şimalında yerləşən İŞİD terror qruplaşmasının mövqelərinə ikinci hava zərbələri dalğasını həyata keçirib.

Axar.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ aviasiyası İŞİD-in sığınacaqları və qərargahlarına qarşı yeni hücumlar təşkil edib. Əsas zərbələrin Deyr əz-Zor bölgəsində terrorçuların mövqelərinə endirildiyi bildirilir.

Bununla yanaşı, ABŞ qırıcıları Xüms və Rakka şəhərlərinə məxsus kənd ərazilərində, eləcə də Tədmur (Palmira) şəhəri yaxınlığında yerləşən İŞİD bazalarını vurub.

Qeyd edək ki, daha əvvəl ABŞ hərbi naziri Pit Heqset ölkəsinin Suriyada İŞİD terror qruplaşmasının döyüşçülərinə qarşı antiterror əməliyyatına başladığını açıqlamışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
91
axar.az

1Sources