ABŞ Dövlət Departamentində baş verən yeni təyinatlar çərçivəsində İran əsilli amerikalı yüksək vəzifəyə təyin olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" “Voice of America”ya istinadən xəbər verir ki, iran əsilli Mora Namdar Dövlət Departamentində ABŞ dövlət katibinin konsulluq məsələləri üzrə köməkçisi təyin olunub.
Qeyd edək ki, Mora Namdar bu il dekabrın 1-ə qədər ABŞ Dövlət Departamentinin Yaxın Şərq üzrə bürosunda fəaliyyət göstərib.
O həm də, milli təhlükəsizlik və beynəlxalq insan haqları məsələləri üzrə ekspertdir.