Ukrayna Müdafiə Qüvvələri Xəzər dənizində Rusiyanın “Oxotnik” hərbi gəmisinə zərbə endirib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“19 dekabr gecəsi Ukrayna Müdafiə Qüvvələri Rusiya hərbi dəniz qüvvələrinin “Oxotnik” gəmisini uğurla vurub. Gəmi Xəzər dənizində neft və qaz hasilatı platformasının yaxınlığında patrul xidməti həyata keçirirdi”, – məlumatda qeyd edilib.
Bundan əlavə, Ukrayna qüvvələri Xəzər dənizindəki “Lukoil” şirkətinə məxsus Filanovski neft və qaz yatağında qazma platformasına da zərbə endirib.