“Dəyirman” qrupunun keçmiş üzvü Anar Abdullayev “AzerGold” QSC-də müşavir kimi fəaliyyət göstərir.
"Cebheinfo.az" modern.az-a istinadən xəbər verir ki, qrup dağıldıqdan sonra A. Abdullayev karyerasını musiqi sahəsində davam etdirməyib.
Keçmiş reper Azərbaycan Dövlət Neft və Sənayə Universitetində “Neft-qaz mühəndisi” ixtisası üzrə bakalavr, Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetində MBA proqramı üzrə magistr təhsili alıb.
O, ali təhsil aldığı ixtisas üzrə bir müddət xaricdə çalışıb. Azərbaycana qayıdandan sonra isə 2011-2023-cü illərdə “SOCAR - Integrated drilling” trestində “Ümid”, “Bulla-dəniz” qazma istehsalat idarəsinin rəhbəri, qazma işləri üzrə müşavir vəzifələrində çalışıb.
Xatırladaq ki, “Dəyirman” hip-hop qrupu 1999-cu ildən 2010-cu ilə qədər fəaliyyət göstərib. Qrup üzvləri Miri Yusif, Malik Kələntərli, Elmir Məhərrəmov və Anar Abdullayev olub.
“Dəyirman” 1999-cu ildə Azərbaycan musiqi səhnəsində “Ya Qarabağ, ya ölüm” mahnısı ilə uğur qazanıb. Sözügedən mahnı Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Xocalı soyqırımı haqqında çəkdiyi sənədli filmlə remiks olunub.
"Cebheinfo.az"