EN

Mehman Əhmədli: "Ağakərim həmişə bizə dəstək olub"

"Ağakərimin sənətdə işləri danılmazdır. Meyxananın çempionat səviyyəsində keçirilməsində onun böyük rolu var idi".

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri meyxanaçı Mehman Əhmədli Ağakərimin dəfn mərasimində jurnalistlərə açıqlamasında deyib.

Meyxanaçı qeyd edib ki, onların sənət aləmində tanınmaqlarında Ağakərimin zəhməti az olmayıb:

"Ağakərimin meyxana aləminin üstündə haqqı var. Ağakərim həmişə bizə dəstək olub, ağsaqqallıq edib. Bu sənətlə məşğul olan hər kəs ona rəhmət oxumalıdır, çünki hamısının üstündə haqqı var".

O qeyd edib ki, Ağakərimin xoş və sərt xasiyyətləri çox idi:

"Sözünü deyən adam idi. Bir şey xoşuna gəlməyəndə, kütlənin içində olsa da, sözünü deyən idi. Amma düzünü deyirdi, bir az sərtliyi var idi. Lakin ona görə bəzi insanlar deyirdilər ki, Ağakərim sərt adamdır, amma Ağakərimin mülayim xasiyyətləri də çox idi. Ağakərimlə yol yoldaşı olmuşuq, səfərlərə getmişik. O qədər işlərimiz olub ki, onun yaxşı cəhətləri çox idi. Allah ruhunu şad eləsin. Mənə elə gəlir ki, indi onun qədrini daha çox biləcəklər. Çünki itirildikdən sonra, vəfat etmə xəbəri yayılanda demək olar ki, hamı sarsıldı".

"Cebheinfo.az"

Chosen
47
3
cebheinfo.az

4Sources