EN

Paşinyana Vardanyan təhdidi - Bakı onu qaytarsa...

Ermənilər baş naziri hərbi cinayətkarı müdafiə etməməkdə günahlandırır - Nikol üçün Ruben təhlükəsi qalır

Erməni politoloq Vahe Ovanisyan hakimiyyəti Bakıda həbsdə olan Ruben Vardanyanı müdafiə etməməkdə günahlandırıb. Onun sözlərinə görə, Rusiya vətəndaşlığından imtina edərək Azərbaycana gələn Vardanyanın həbsi ilə bağlı Ermənistan hakimiyyəti o qədər də kəskin mövqe tutmayıb. 


Bu da ondan irəli gəlir ki, Nıkol Vardanyanı özünə rəqib görüb. Moskvanın planı da Vardanyanı Qarabağdan Ermənistana transformasiya etmək idi. O halda Paşinyanı onu müdafiə etməməkdə günahlandırmaq nə qədər düzgündür? 
Vardanyanın sülh müqaviləsindən sonra Ermənistana təhvil verilməsi xahiş oluna bilərmi? Milyarder cani Nikol üçün nə dərəcədə təhlükəli olacaq? 
Oqtay Qasımov: “Vaşinqton görüşü müsbət nəticə verərsə, ABŞ diplomatik  dividendlər qazanacaq”
Oqtay Qasımov 
Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Ruben Vardanyan Qarabağa məhz Moskvadan konkret tapşırıq və təlimatla gəlmişdi: “Məhz Moskva onu Qarabağa ezam etməklə həm bölgədə separatizmi möhkəmləndirmək, orada Rusiya hərbi kontingentinin qeyri-müəyyən müddətə qalmasını təmin etmək, regionda daim gərginlik mühitini saxlamağı qarşısına məqsəd qoymuşdu. Ruben Vardanyanın da yardımı ilə Qarabağda sülhməramlı adı altında missiyanın hərbi baza ilə əvəz olunması nəzərdə tutulurdu. Milyarder Vardanyanı bölgəyə göndərməklə ondan bir qəhrəman obrazı yaratmaq və ardınca Qarabağdan Ermənistanda hakimiyyətin olimpinə qaldırmaq projesi var idi. Şübhəsiz ki, bu şəxsin Qarabağdakı fəaliyyəti Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı olmaqla yanaşı, əslində həm də dolayısı yolla Ermənistan hakimiyyətinə, Nikol Paşinyana qarşı yönəlmişdi. Ruben Vardanyan Qarabağda siyasi kapital toplayıb Ermənistanda siyasi Olimpin zirvəsinə qalxmağı düşünürdü. Bütün bu planlar baş tutmadı. Azərbaycan Ruben Vardanyanın planlarını və Vardanyan üzərindən qurulan planların hamısını pozdu. Azərbaycan öz ərazisi olan Qarabağda anti-terror əməliyyatı həyata keçirməklə Ruben Vardanyan daxil olmaqla Azərbaycana qarşı ağır cinayətlər törətmiş xeyli hərbi canini yaxaladı və qurulan bütün planları alt-üst etdi. Əlbəttə ki, Ermənistan hakimiyyəti Bakıda mühakimə olunan separatçılarla bağlı zaman-zaman bəyanatlar səsləndirsə də və Azərbaycana müraciətlər etsə də həmin şəxslərin istintaqının aparılması, onlar barədə məsələ Azərbaycanın daxili məsələsidir. Gələcəkdə Ermənistanın Ruben Vardanyan və digər canilərin Ermənistana verilməsi ilə bağlı Azərbaycandan xahişi ola bilərmi? Bu istisna deyil. Ancaq bir daha qeyd edirəm ki, həmin cinayətkarlarla bağlı məhkəmənin hökmü olacaq və onlara layiq olduqları cəza veriləcək. Bundan sonrakı dönəmdə əgər Cənubi Qafqazda sülh və sabitlik üçün müəyyən humanist addımlar atılması lazım gələcəksə Azərbaycan sülh və sabitlik naminə müəyyən addım ata bilər”.
Politoloq onu da dedi ki, seçkilər yaxınlaşdıqca Bakıda mühakimə olunan separatçı erməni canilər məsələsini rəqibləri Nikol Paşinyana qarşı istifadə etməkdədirlər: “Rəqibləri Nikol Paşinyanı qəsdən Vardanyan və digər mühakimə olunan ermənilərin azad olunmasını istəməməkdə ittiham edirlər. Məqsəd Paşinyanın ictimai nüfuzunu aşağı salmaqdır. Paşinyan seçki öncəsi xüsusilə Ruben Vardanyanın həbsdən azad olunmasında maraqlı olmamaqda əslində haqlıdır. Çünki Vardanyan azadlıqda Paşinyana daha çox problemlər yarada bilər. Ruben Ermənistan daxilində onsuz da gərgin olan siyasi vəziyyəti daha da gərginləşdirə və ölkə daxilində hakimiyyətin ziyanına olan proseslər meydana gətirər. Azərbaycan həbsxanasından ”buraxılan" Vardanyan özünü Ermənistan cəmiyyətinə “qəhrəman” kimi sırımağa çalışar və cəmiyyətin müəyyən qismini saxta təbliğatına inandıra bilər".   
Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyana prokuror ömürlük həbs cəzası istəyib. 
Prokuror çıxışının davamında Vardanyanın Xankəndi şəhərində yerləşmiş ofisinə baxış keçirilməsi barədə 26.10.2023-cü il tarixli baxış protokolu, əməliyyat məlumatları və digər sənədlərə istinad edərək bildirib: “Həmin sənədlərlə təsdiq edilib ki, təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayının əvvəllərində cinayətkar birliyə qoşulub”.
Vardanyanın Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirak etmiş “VoMa” adlı terror təşkilatının yaradıcısı Vartanov Vladimir (Vova) Levanoviçlə (Levani) əlaqələrindən, “WhatsApp” mobil tətbiqi vasitəsilə danışıqlarından də bəhs edib. Qeyd edilib ki, “VoMa” 2013-cü il yanvarın 11-də təsis edilib, Ermənistan Respublikasında, eləcə də Azərbaycan Respublikasının vaxtilə işğal altında olmuş ərazilərində cinayətkar birliyin (təşkilatın) struktur bölməsi kimi mütəşəkkil dəstə şəklində fəaliyyət göstərib.
Vardanyanın Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirak etmiş “VoMa” adlı terror təşkilatının yaradıcısı Vartanov Vladimir (Vova) Levanoviçlə (Levani) əlaqələrindən, “WhatsApp” mobil tətbiqi vasitəsilə danışıqlarından də bəhs edib. Qeyd edilib ki, “VoMa” 2013-cü il yanvarın 11-də təsis edilib, Ermənistan Respublikasında, eləcə də Azərbaycan Respublikasının vaxtilə işğal altında olmuş ərazilərində cinayətkar birliyin (təşkilatın) struktur bölməsi kimi mütəşəkkil dəstə şəklində fəaliyyət göstərib.
Chosen
55
yenilik.az

1Sources