EN

Almaniyalı hücumçu "Milan"a keçir

Bakı. Trend:

"Vest Hem"in hücumçusu Niklas Füllkruq karyerasını İtaliya ASeriyasında davam etdirməyə yaxındır.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, "Milan" almaniyalı futbolçunutransfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumatyayıb.

"Rossoneri" Füllkruqu satınalma bəndi ilə icarəyə götürmək üçünİngiltərə klubuna təklif göndərib. Tərəflərin anlaşma əldə etməyəyaxın olduğu bildirilir.

Qeyd edək ki, Niklas Füllkruq bu mövsüm "Vest Hem"in heyətində 9rəsmi matçda meydana çıxıb. Onun London təmsilçisi ilə müqaviləsi2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Chosen
82
4
az.trend.az

5Sources