EN

Bakı metrosu və ətrafında böyük dəyişiklik ola bilər FOTOLAR

Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakının “Nəriman Nərimanov” metro stansiyası və ətraf ərazisi köklü şəkildə dəyişə bilər.

Ölkə.Az xəbər verir ki, bununla bağlı qeyri-rəsmi layihələndirmə işləri aparılıb. Layihə metro stansiyası və parkın yanında yerləşən Təbriz küçəsinin yenidən qurulmasını nəzərdə tutur.

Layihəyə əsasən, həm piyadaların, həm də sürücülərin hərəkətində, eləcə də ərazinin vizual görünüşündə dəyişikliklər ediləcək.

Belə ki, ərazidə daha insanyönümlü mühit yaradılacaq, eynisəviyyəli piyada keçidləri, velozolaqlar salınacaq və ictimai nəqliyyat üçün xüsusi şərait təmin olunacaq.

Qeyd edilən layihə hələlik təsdiqini tapmayıb.

Qeyd edək ki, son olaraq “28 May” metro stansiyasının yaxınlığındakı meydanda da oxşar dəyişikliklər aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
37
1
olke.az

2Sources