EN

Putinin Afrika ilə bağlı misilsiz planları

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov tərəfindən oxunan müraciətdə Rusiyanın Afrika tərəfdaşları ilə dostluğa əsaslanan, tam bərabərlik və qarşılıqlı fayda prinsipləri üzərində qurulan münasibətlərin inkişafına üstünlük verdiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Rusiya-Afrika Tərəfdaşlıq Forumunun ikinci nazirlər konfransında oxunan müraciətdə, “Bu tədbirin Misirdə keçirilməsi simvolik məna daşıyır” ifadəsi yer alıb.

Putin Afrika dövlətlərinin böyük iqtisadi və humanitar potensiala malik olduğunu və qlobal siyasətdə getdikcə daha mühüm rol oynadığını vurğulayaraq, qitənin çoxqütblü dünya nizamının mühüm mərkəzlərindən birinə çevrildiyini qeyd edib.

Rusiyanın Afrika ölkələri ilə təhlükəsizlik, ərzaq təhlükəsizliyi, terrorla mübarizə, fövqəladə hallar zamanı yardım və xəstəliklərə nəzarət sahələrində intensivləşən əməkdaşlığına diqqət çəkən

Putin bildirib ki, konfrans mövcud fəaliyyət planının icrasının qiymətləndirilməsi, eləcə də ticarət, iqtisadiyyat və investisiya sahələrində yeni birgə təşəbbüslərin konturlarının müəyyənləşdirilməsi vəzifəsini daşıyır.

Putin müzakirələrin konkret təkliflərlə növbəti Rusiya–Afrika Zirvəsinə hazırlığa töhfə verəcəyinə əminliyini ifadə edib.

Chosen
87
1
cebheinfo.az

2Sources