Goranboyda 13 yaşlı qız dəm qazından zəhərlənərək ölüb.
Redaktor.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, 2012-ci il təvəllüdlü N. Cəfərova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma başlanılıb.