EN

Putin onlara mürəbbə və şokolada dolu SƏBƏT GÖNDƏRDİ

Lyubertsı şəhərində yerləşən və Rusiya Prezidenti Vladimir Putinlə birbaşa xətt zamanı məşhurlaşan “Maşenka” çörəkbişirmə sexinə dövlət başçısı tərəfindən yeni il təamları göndərilib.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, prezident ora mürəbbə, şokolad və digər şirniyyatlarla dolu səbət göndərib.

Əvvəlki gün “İlin yekunları” proqramı zamanı “Maşenka” çörəkbişirmə sexinin sahibi Denis Maksimov Rusiya liderindən 2026-cı ildən fərdi sahibkarlar üçün yeni vergi sisteminə keçidlə bağlı sual verib. Prezident bildirib ki, bu dəyişikliklər biznesə zərər vurmamalıdır.

Chosen
116
publika.az

1Sources