EN

Çin raket orbitə eksperimental rabitə peyki çıxarıb

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Çinin daşıyıcı raketi "Çançjen-5" ("Böyük yürüş-5") şənbə günü yeni texnologiyaları sınaqdan keçirmək üçün 23 nömrəli rabitə peykini orbitə çıxarıb.

"Report" xəbər verir ki, bu barədə "CGTN" telekanalı məlumat yayıb.

Raket Haynan adasında yerləşən Vençan kosmodromundan Pekin vaxtı ilə saat 20:30-da (Bakı vaxtı ilə saat 16:30-da) buraxılıb. Peyk təyin edilən orbitə uğurla çıxıb.

23 nömrəli eksperimental rabitə peyki ilk növbədə çox diapazonlu yüksək sürətli peyk rabitə texnologiyalarını yoxlamaq üçün nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
32
6
azpolitika.info

7Sources