EN

Kalın Türkiyədə HƏMAS nümayəndələri ilə görüşdü


Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın İstanbulda Fələstinin HƏMAS hərəkatının nümayəndələri ilə görüş keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TRT təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, görüşün əsas mövzusu Qəzza sülh planının ikinci mərhələsinin həyata keçirilməsi olub.
HƏMAS tərəfində danışıqlarda iştirak edən nümayəndə heyətinə HƏMAS siyasi bürosunun üzvü Xəlil əl-Heya rəhbərlik edib.
Mənbə qeyd edib ki, HƏMAS atəşkəs rejiminə əməl etdiyini bəyan edib və İsrail tərəfinin yol verdiyi pozuntular barədə məlumat verib:
Chosen
55
yeniavaz.com

1Sources