EN

800 minlik ordunu maliyyələşdirə bilməyəcəyik Zelenski

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Müharibə bitdikdən sonra bir neçə il ərzində Ukraynanın təhlükəsizliyin yeganə etibarlı qarantı olan Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsində tərəfdaşların köməyinə ehtiyacı olacaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Ukraynanın müharibə bitdikdən sonra 800 minlik ordunu maliyyələşdirmək gücünün olub-olmayacağı barədə sualı cavablandıran Zelenski bildirib:

“Xeyr, buna qadir deyilik. Maliyyə resursları yoxdur. Məhz buna görə də liderlərlə bu dialoqu aparıram, çünki tərəfdaşlarımızın dəstəyi ilə ordumuzun qismən maliyyələşdirilməsini özümüz üçün təhlükəsizliyin zəmanəti kimi görürəm”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
46
axar.az

1Sources