EN

Şəkidə canavar kəndə hücum etdi- XƏSARƏT ALANLAR VAR

Şəkidə canavar kəndə hücum edərək 5 nəfərə xəsarət yetirib.

NOCOMMENT.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Bideyiz kəndində baş verib.

Belə ki, kəndə hücum edən canavar kənd sakinləri, 5 yaşlı Zaur Qurbanov, 27 yaşlı Fariz Lətifov, 27 yaşlı Nazilə Qurbanova, 49 yaşlı
Sevinc Qurbanova və 52 yaşlı Gündüz Lətifov yaralayıb.

Onlar müxtəlif dərəcəli xəsarətlərlə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Chosen
47
10
nocomment.az

10Sources