EN

Bakıda naməlum şəxs parkı maşın dayanacağına çevirib

Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi 30 ünvanında yaşayan sakinlər həyətlərinə aid parkın naməlum şəxslər tərəfindən avtomobil dayanacağına çevrildiyini iddia edirlər.

Ekologiya.az bildirir ki, Musavat.com-a danışan sakinlər bildiriblər ki, parkın bir hissəsi aylardır 30-a yaxın avtomobilin saxlanıldığı əraziyə çevrilib və bu, parkın abadlaşdırılması və təmir işlərinə mane olur.

Sakinlərin sözlərinə görə, saxlanılan avtomobillərin kimə məxsus olduğu və orada saxlamaq üçün kimdən icazə alındığı məlum deyil.

“Həyətimizdə parkda abadlıq işləri gedir. Lakin parkın bir hissəsi naməlum şəxs tərəfindən avtomobil dayanacağına çevrilib. Nəticədə aylardır ki, həmin ərazidə maşınlar saxlanılır. Bu park Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsinin arxasında yerləşir. Görünür, bu avtomobillər ya bir şəxsə, ya da şirkətə məxsusdur, bəlkə də satış üçün saxlayırlar,” – deyə sakinlər narazılıqlarını bildiriblər.

Sakinlər həmçinin sual edirlər ki, niyə belə bir ərazi park funksiyasından çıxarılıb və təmir işlərinə mane olur. Onlar məsələ ilə bağlı müvafiq qurumlardan tədbir görülməsini tələb edirlər.


Chosen
45
ekologiya.az

1Sources