"Liverpul" İngiltərə Premyer Liqasının XVII turunda səfərdə "Tottenhem"i məğlub edib.
Publika.az xəbər verir ki, Londondakı "Tottenhem Hotspur" stadionunda keçirilən oyun 2-1 hesabı ilə mersisaydlıların xeyrinə başa çatıb.
Oyunu Con Bruksun rəhbərliyi ilə hakimlər briqadası idarə edib.
33-cü dəqiqədə londonluların yarımmüdafiəçisi Xavi Simons meydandan qovulub. 57-ci dəqiqədə Aleksander İsak hesabı açaraq qonaqlara üstünlük qazandırıb. İsveçli qol zamanı zədələnib və onun yerinə Brennan Conson çıxıb.